!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edildi

!Reklam – Yazi

Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat yayıb.

Qeyd olunub ki, avqustun 15-də paytaxtın Nəsimi rayonu, 3-cü Alatava ərazisində Niyaməddin Muradovun qəsdən öldürülməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin məcəllənin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsinə tövsif olunmuş, cinayəti törətməkdə şübhəli bilinən Bəxtiyar Qarayev qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, qətlə yetirilən Niyaməddin Muradov Vətən müharibəsi iştirakçısıdır. O, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

www.yenicag.az

362
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv