Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Vətən müharibəsi şəhidi Rufiz Budaqovun anım günüdür - FOTOLAR

Bu gün Vətən müharibəsi şəhidi Budaqov Rufiz Şirzad oğlunun anım günüdür.

Yenicag.az xəbər verir ki, 12 iyul 1977-ci ildə Ordubad rayonunun Tivi kəndində ziyalı ailəsində anadan olan Rufiz 1984-1994-cü illərdə həmin kənd məktəbində orta təhsil alıb.

Erməni qəsbkarlarının torpaqlarımızı işğal etməsi hamı kimi Rufizin də həyatına dərin təsir etmişdi. Vətənə məhəbbət, erməni vandallarına qarşı nifrət, torpaqlarımızın işğaldan azad edilməsi, günahsız soydaşlarımızın qisasını almaq arzusu bütün vətənpərvər gənclər kimi Rufizin də hərbçi olmasına gətirib çıxarır. Buna görə də o, 1995-1998-ci illərdə həqiqi hərbi xidmətdə olduqdan sonra 1998-1999-cu illərdə Tank Komandir məktəbində hərb sənətinə yiyələnir. 1999-cu ildən gizir rütbəsi alan Rufiz 2004-cü ilədək tank komandiri vəzifəsində çalışır.

2004-cü ildə səhhəti ilə əlaqədar təqaüdə göndərilsə də, qəlbində olan Vətən sevgisi 2012-ci ildə tam müalicədən sonra onu yenidən hərbiyə geri qaytarır. 2016-cı ilin Aprel döyüşlərində iştirak edir. Döyüşlərdə göstərdiyi igidliyə görə yoldaşları arasında “Alov” ləqəbli döyüşçü kimi sevilir, “Qüsursuz xidmətlərinə görə” 3-cü və 2-ci dərəcəli medallarla təltif olunub.

İkinci Qarabağ müharibəsi başlayanda, şiddətli döyüşlərdə igidliklə vuruşaraq şəhidlik zirvəsinə ucalıb. İkinci Fəxri Xiyabanda dəfn olunur. Ailəli idi. İki qız, bir oğlan övladı var.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan Rufiz hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, döyüşlərdə igidlik və qəhrəmanlıq göstərdiyinə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli Sərəncamına əsasən “Qarabağ” ordeni ilə, 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.

www.yenicag.az

129
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100