Vətən müharibəsində əlil olanlara avtomobil veriləcək

“Hazırda müharibə əlillərinin avtomobillə təminatı üçün heç bir növbə yoxdur”.

Yenicag.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov “Yeni TV”-nin canlı yayımında bildirib.

Onun sözlərinə görə, Vətən müharibəsində əlil olan şəxslər də növbəlilik əsasında avtomobillə təmin olunacaq:

“2020-ci ildə əlilliyi olan 400 nəfərə avtomobil verilib”.