!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vətən müharibəsindəki qələbəmizi hansısa dini-siyasi rəhbərin adı ilə bağlamaq...” - Zəlimxan Məmmədli

!Reklam – Yazi

“Öz torpaqlarını işğaldan azad etməyə qalxan xalqımıza, əsgərimizə Allah yar oldu”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında İranın 44 günlük Vətən Müharibəsində Azərbaycana dəstək verməsi haqda iddialara münasibət bildirən “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli deyib.

Onun sözlərinə görə, müharibədə İranın dəstəyi ilə qalib gəldiyimizi iddia etmək Azərbaycan xalqının və əsgərinin iradəsinə qətiyyən uyğun deyil:

“Müəyyən müddət əvvəl işlətdiyim bir ifadə bizi Hacı (Hacı Allahşükür Paşazadə-red.) ilə görüşdürmüşdü. Hacı dindən başqa hər işlə məşğul olur, dinə müraciət etdikdə isə belə ciddi xəta eləyir.

Bildiyiniz kimi, İran və Ermənistan rəsmiləri öz çıxışlarında bir-birilərini qan qardaşları adlandırırlar. Ermənistana silahların məhz İran üzərindən keçirilməsinə dair ciddi faktlar var.

Bilmirəm, bu gün İranın dini liderini öyənlər onda harada idilər? Buna niyə etiraz bildirmirdilər? Axı din qardaşıyıqsa, İran bizə dəstək olmalıydı. Amma İran əməldə Ermənistanı müdafiə etdi. Hətta İrandan Ermənistana göndərilən silah karvanlarının bir hissəsi məhz Güneydəki soydaşlarımızın basqıları sayəsində durdurulmuşdu.

Bu gün Vətən müharibəsində “İranın dəstəyi ilə qalib gəldiyimizi” iddia etmək Azərbaycan xalqının və əsgərinin iradəsinə qətiyyən uyğun deyil. Böyük zəfərimiz qəhrəman əsgərlərimizin, xüsusi təyinatlılarımızın, bu torpaq uğrunda canlarından keçən insanlarımızın, şəhadətə könüllü yürüyən soydaşlarımızın igidliyi nəticəsində əldə edilib. Öz torpaqlarını işğaldan azad etməyə qalxan xalqımıza, əsgərimizə Allah yar oldu. Bunu hər hansısa dini-siyasi rəhbərin adı ilə bağlamaq kökündən yanlışdır”.

A.Zeynalov

www.yenicag.az

639
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv