Vətən müharibəsindən sonra 247 nəfər mina qurbanı oldu

İkinci Qarabağ müharibəsindən sonra 345 nəfər mina qurbanından 247 nəfəri keçmiş təmas xəttindən kənarda baş verən mina hadisələri nəticəsində həlak olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb. 

 

Yenicag.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, mülki təyinatlı ərazilərin kütləvi şəkildə minalanması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması ilə yanaşı, insanlıq əleyhinə törədilən cinayətdir.