Vətən Müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın doğum günüdür – VİDEO

Bu gün Vətən Müharibəsinin yeganə şəhid xanımı – Arəstə Baxışovanın doğum günüdür.

Yenicag.az xəbər verir ki, 1989-cu ildə Xaçmazda doğulan Arəstə Baxışova Azərbaycan Silahlı Qüvvələrinin Hospitalında tibbi statist vəzifəsində, daha sonra isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində çalışıb.

Azərbaycan Ordusunun çavuşu olan hərbi tibb qulluqçusu Arəstə xanım sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Özündən sonra iki övladı qalıb: Zəhra və Mərdan.

Arəstə Baxışova ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə təltif olunub.