Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Vətən uğrunda" medalı ilə təltif olunan şəhid: Abbas Əliyev - VİDEO

Əliyev Abbas Salam oğlu 09.01.1988-ci ildə Bakı şəhəri Ramana qəsəbəsində anadan olub. Təhsilini 90 saylı qəsəbə məktəbində bitirmiş və Hərbi Xidmətə çağırılmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra özəl şirkətlərdə sürücü kimi işləmiş, ara günlərdə isə taksi kimi fəaliyyət göstərmişdir. 2-ci Qarabağ müharibəsi başlayan zaman 09.10.2020-ci il müvəqqəti ehtiyatda olan hərbi qulluqçu kimi döyüşə çağırılmış və 02.11.2020-ci il də qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Əliyev Abbas Salam oğlu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Əziz xatirəsini ehtiramla anırıq.

iqtisadi.az

www.yenicag.az

316