Vətəndaş DİN-in binasının qarşısında özünü yandırdı – Polis əməkdaşı xəsarət aldı / YENİLƏNDİ

17:51

Daxili İşlər Nazirliyinin (DİN) inzibati binasının qarşısında intihara cəhd olub.

Yenicag.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında qeydə alınıb.

Belə ki, orta yaşlı şəxs özünü yandırmağa çalışıb. Daha sonra ətrafa olan polis əməkdaşları yanğını söndürüb. Yaralı xəstəxanaya aparılıb.

DİN-in Mətbuat Xidmətindən “Report”a bildirilib ki, həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb: “Vətəndaş da buna etiraz edərək DİN-in inzibati binasının qarşısına gələrək intihara cəhd edib”.

***

Hadisə zamanı  polis əməkdaşlarından biri əl və qol nahiyəsindən xəsarətlər alıb.