Vətəndaş Həmrəyliyi Partiyasının 30 illiyi təntənə ilə qeyd olundu – FOTOLAR / VİDEO

1992-ci ildə təsis edilən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) yubileyi münasibətilə təntənəli mərasim keçirilib.

Yenicag.az xəbər verir ki, mərasimdə Prezident Administrasiyasının məsul şəxsləri, dövlət məmurları, millət vəkilləri, diplomatik korpusun təmsilçiləri, partiya rəhbərləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbirin giriş hissəsində VHP-nin quruluş tarixi və 30 illik fəaliyyətinə dair ətraflı məlumat verilib.

Mərasimdə VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli, millət vəkilləri Hikmət Babaoğlu və Fazil Mustafa, Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, Xalq artisti Nurəddin Mehdixanlı və başqaları çıxış edərək VHP-nin keçdiyi şərəfli yoldan bəhs edib, təşkilatın ölkənin siyasi həyatında mühüm rol oynadığını vurğulayıblar.

Daha sonra tədbir sənətçi Elçin Cəfərovun ifasında bədii hissə ilə davam edib.

COP29