Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Vətəndaş mədəniyyətinin formalaşmasına hansı amillər mane olur? – Dəyirmi masa – FOTOLAR

Vətəndaş mədəniyyətinin formalaşdırılmasında vətəndaş cəmiyyətinin rolu müzakirə olunub.

Yenicag.az xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin həyata keçirdiyi “Vətəndaş mədəniyyətinin təbliği” layihəsi əsasında “Vətəndaş cəmiyyətinin vətəndaş mədəniyyətinin formalaşmasında rolu” adlı dəyirmi masa təşkil olunub.

Tədbiri giriş sözü ilə açan birliyinin rəhbəri Qadir İbrahimli ilk olaraq, layihənin həyata keçirilməsində verdiyi dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirib. İbrahimli qeyd edib ki, bu gün cəmiyyətdə mövcud olan bəzi problemlər məhz vətəndaş mədəniyyətinin formalaşmaması səbəbindən yaranır: “Bizim bu tədbiri təşkil etməkdə əsas məqsədimiz müzakirəyə çıxarılan problemin həlli yollarını araşdırmaqdır”.

Daha sonra çıxış edən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, fondun eksperti Zaur İbrahimli və digərləri layihənin əhəmiyyətindən danışaraq, vətəndaş cəmiyyətinin problemlərinin aradan qaldırılması yollarına dair fikirlərini bildiriblər.

Dəyirmi masada mövzu ilə bağlı geniş müzakirə aparılıb, səsləndirilən fikirlər dəyərləndirilib.

Aqil Bəkir

www.yenicag.az

390