!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətəndaşlar Rusiyanın Azərbaycandakı səfirliyi önünə güllər düzüblər

!Reklam – Yazi

rusiyanin-azerbaycandaki-sefirliyi-20112016Rusiyanın Azərbaycandakı səfirliyində bayraq endirilib.

Yenicag.az APA-nın məlumatına görə, səfirlik Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun ötən gün sui-qəsd nəticəsində öldürülməsi ilə əlaqədar onun ruhuna hörmət əlaməti olaraq bu addımı atıb.

Bundan əlavə, hadisə ilə əlaqədar sıravi vətəndaşlar səfirliyin önünə güllər düzüblər.

Xatırladaq ki, ötən gün axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib.

Hadisəni törədən polis əməkdaşı Mert Altıntaş təhlükəsizlik əməkdaşları tərəfindən məhv edilib.

Yenicag.az

www.yenicag.az

1413
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv