Vətəndaşlara qaytarılan ƏDV-nin məbləği AÇIQLANDI

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən aldığı mallara və onlara göstərilən xidmətlərə görə ödədiyi ƏDV-nin 112,6 milyon manatı qaytarılıb.

Bu barədə Yenicag.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, ƏDV-nin bir hissəsinin qaytarılması üçün “edvgerial” portalında indiyədək 2,4 milyona yaxın istifadəçi qeydə alınıb. Layihənin tətbiq edildiyi vaxtdan bu il oktyabrın 1-nə qədər portalda qeydiyyatda olan istehlakçılara ümumilikdə 1,2 milyarddan çox kassa çeki üzrə 474,1 milyon manat ƏDV məbləği geri qaytarılıb.