!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətəndaşları əzən BAHALAŞMA: Tələb çox, qiymət yüksək - Nə etməli? - ŞƏRH

!Reklam – Yazi

“Sağlamlıq baxımından vətəndaşlar baha qiymətə də olsa, dərman vasitələrini almağa məcbur olacaq”.

Bu sözləri rüsumların artmasının sosial vəziyyətə mümkün təsirlərini dəyərləndirən İqtisad Universitetinin professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Elşad Məmmədov hesab edir ki, ölkədə yerli istehsalın tam formalaşmaması sosial vəziyyəti çətinləşdirəcək:

“Ölkəyə idxal olunan bir sıra məhsulların rüsumlarının artırılması istehlak bazarında qiymət artımını sürətləndirəcək. Bu, qaçılmazdır. Çünki həmin məhsullar üzrə sistemli və kompleksli şəkildə idxalın əvəz olunması siyasəti reallaşdırılmayıb. Bununla yanaşı, yerli məhsullar bazarı tam şəkildə təmin edə bilmir və bu amil də qiymət artımına təkan verəcək. Təəssüf ki, əczaçılıq sənayesinin məhsulları ilə bağlı idxal rüsumları artırılır. Əhalinin bu məhsullara tələbatı isə yüksəkdir. Sağlamlıq baxımından vətəndaşlar baha qiymətə də olsa, dərman vasitələrini almağa məcbur olacaq. Bu proses idxalın artması ilə yanaşı, ölkədən valyuta çıxışının yüksələn xətt üzrə inkişafına yol açacaq. Əslində, bu tendensiya heç də arzuolunan deyil.

Digər tərəfdən, ət və quş məhsulları ilə bağlı idxal rüsumlarının artırılması da daxili istehsala yönəlik qiymətləri bahalaşdıracaq. Çünki qeyd olunan məhsulların ölkədə yerli istehsalı lokallaşdırılmayıb. Rüsum artımı bütövlükdə istehlak bazarında bahalaşmaya səbəb olacaq. Vəziyyətdən çıxış yolu kimi təqaüdlərin, əməkhaqqının artımı əsas götürülə bilər. Bu, infilyasiyanın mənfi nəticələrinin qarşısını ala bilər”.

Gülşən Şərif

www.yenicag.az

857
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv