Tovuz sakinləri illərdir mülkün onlara aid olduğunu təsdiq edən sənədi, yəni çıxarışı hələ də ala bilməyiblər.
Yenicag.az Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət regionlardakı fərdi tikililərdən gedir.
Tovuz sakinləri deyirlər ki, kəndlərdə olan fərdi tikililərin əksəriyyəti çıxarışsızdır. Bu da həm alqı -satqı zamanı, həm də kommunal xidmətlərə qoşulmada çətinliklər yaradır.
İsmayıllıda da bənzər vəziyyət hökm sürür.Rayonda və ətraf kəndlərdə fərdi evlərin böyük qismi çıxarışsızdır. Sakinlərin sözlərinə görə, dəfələrlə çıxarış əldə etmək üçün cəhd ediblər .Lakin müraciətin heç bir faydası olmayıb.
Sakinlər deyirlər ki, bəzi ərazilərdə torpağın müvafiq sənədləri var. Ancaq evlər üçün çıxarışın alınması yenə də müşkülə çevrilib.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, bölgələrdə pay torpaqları, həmçinin fərdi mənzillər əsasən yerli icra orqanlarının verdiyi müxtəlif sənədlər əsasında idarə edilib. Əksər ərazilərdə evlərin çıxarış problemi illərdir ki, həll olunmur.
Məsələ ilə bağlı Daşımaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi idarə heyətinin sədr müavini Elşad Məmmədov isə bildirib ki, həyat və sağlamlıq üçün təhlükəli olmayan ərazilərdə inşa edilən əksər evlərin çıxarışla təmin olunması istiqamətində işlər aparılır. Bundan əlavə sənədsiz evlərlə bağlı qeydiyyat portalı da hazırlanıb. gələcəkdə hər bir vətəndaş portal üzərindən müvafiq sənədləri daxil edərək özləri birbaşa çıxarış əldə edə biləcəklər.
Daha ətraflı videoda: