Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Vətəndaşların korrupsiya barədə müraciətlərinə necə baxılmalıdır? - İzahat

Vətəndaşların korrupsiya ilə əlaqədar müraciətləri zamanı icra olunan hüquqi prosedurlar barəsində ekspert izahatı hazırlanıb.

Yenicag.az xəbər verir ki, həmin izahatı Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondunun icra etdiyi “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondunun eksperti Zaur İbrahimov tərtib edib.

Qeyd olunan izahata aşağıdakı müddəalar daxildir:

“Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciət daxil olduqda dövlət orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma təyin edir. Xidməti araşdırmanı müvafiq dövlət orqanında daxili nəzarət xidməti aparır.

Xidməti araşdırma 20 iş günü müddətində başa çatdırılmalı və nəticəsi barədə dövlət orqanının rəhbərinə məlumat verilməlidir. Əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda dövlət orqanı rəhbərinin bu müddəti 10 iş günü uzatmaq hüququ vardır.
Dövlət orqanının rəhbəri xidməti araşdırmanın nəticəsi barədə məlumatı aldıqdan sonra müraciət üzrə aşağıdakı qərarlardan birini qəbul edir:

– Müraciətin əsaslı olduğu təsdiq edildikdə, eyni zamanda əməldə mülki-hüquqi və ya inzibati məsuliyyəti yaradacaq əlamətlər olduqda Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülməsini təmin edir

– Cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə, müvafiq sənədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar verir.

– Müraciətin əsaslı olması təsdiq edildikdə, lakin əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olmadıqda aidiyyəti şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul olunur.

– Müraciətin əsaslı olduğu təsdiq edilmədikdə isə şikayət üzrə icraata xitam verilir.

– Eyni zamanda müraciət etmiş şəxsə qəbul olunmuş qərar haqqında əsaslandırılmış cavab verilməklə həmin qərardan şikayət etmək hüququ izah olunmalıdır.

– Vətəndaşın dövlət orqanı rəhbərinin qərarından yuxarı dövlət orqanına şikayət vermək hüququ vardır. Bu müddəa vətəndaşın dövlət orqanı rəhbərinin qərarından məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır.

Bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə ya da bələdiyyəyə məxsus olan hüquqi şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərinə isə müəyyən edilmiş qaydada 20 iş günü müddətində baxılır”.

Yenicag.az

www.yenicag.az

421
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM