Binəqədi rayonunun Binəqədi qəsəbəsinin, Binəqədi kəndinin, “Mədən” ərazisinin, “Baksol” yolunun və Binəqədi şosesinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, “Digah” QPS-də “Balaxanı Sənaye” kollektorundan qidalanan ortatəzyiqli qaz kəmərində aşkar olunmuş sızmanın ləğvi ilə əlaqədar 04.03.2024-ci il tarixdə saat 10:30-dan etibarən “Sərdarov zavodu” ortatəzyiqli qaz kəmərində qaz təchizatının dayandırılması planlaşdırılır.