!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vətənpərvərliyin təbliğində Aprel döyüşləri” adlı layihə start götürdü - Fotolar

!Reklam – Yazi

Əsgər Ailələrinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətənpərvərliyin təbliğində Aprel döyüşləri” adlı layihənin ilk tədbirini keçirib.

Yeniçağ.az xəbər verir ki, tədbir Anadolu Dövlət Universitetinin “Azərbaycan Proqramları” nda təşkil olunub. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Novruz Rəhimov, aprel döyüşlərinin iştirakçısı Kamil Musəvi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndəsi Gülsəba Ələsgərova, müharibə veteranı Həsənov və digərləri iştirak ediblər.

Tədbirdə Anadolu Dövlət Universitetinin Azərbaycan üzrə koordinatoru Azər Hətəmov çıxış edib. O, çıxışı zamanı İctimai Birliyə öz təşəkkürünü bildirib:

“Təşkil olunan tədbiri məhz Anadolu Universiteti keçirir. Bu tərdbir yəqin ki, tələbələrimizin yaddaşlarında uzun müddət qalacaq”.

Daha sonra İctimai Birliyin sədri, layihənin rəhbəri Mətanət Əsgərqızı çıxışı zamanı şəhidlərin birdəqiqəlik sükutla yad edilməsini təklif edib:

“Aprel qələbəsinin qəhrəmanları çoxdur. Vətən yolunda canlarından keçən şəhidləri isə bir evin yox, həm də bir elin övladıdır. Ona görə də bu qəhrəmanlar təbliğ olunmalıdır”.

Sonda aprel döyüşlərinin qəhrəmanlarına həsr olunmuş film təqdim olunub.

Qeyd edək ki, layihənin əsas məqsədi aprel döyüşlərində həlak olan Bakı, Mingəçevir şəhərlərindən və Tərtər, Şəmkir rayonlarından olan şəhidlərin ailələrinin problemlərinin həllində köməklik etmək, onların mübarizə yolunun örnək olduğunu gənclərə nümunə göstərməkdir.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az
Fotolar: Cəmalə Əlizadə

www.yenicag.az

1115
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv