!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Veysəloğlu” Sahibkarlar Günü ilə əlaqədar tədbir keçirib

!Reklam – Yazi
234698Veysəloğlu Şirkətlər Qrupu ölkədə yeni təsis olunan Sahibkarlar Gününü təntənəli şəkildə qeyd edib.

Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon Bələdiyyəsinin sədri və bir sıra digər qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən şirkət rəhbərliyi Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarlığın inkişafına bütünlükdə ölkə iqtisadiyyatının yüksəlişi kimi önəm verərək yeni istehsal sahələrinin və müəssisələrin yaradılmasını, iş adamlarına maddi, mənəvi, hüquqi dəstəyin verilməsini sahibkarlığın güclənməsi üçün başlıca amil olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə sahibkarlara yaradılan əlevrişli şərait, iqtisadi mühit və dövlət dəstəyi iş adamlarına da bir ruh yüksəlişi verib. Təşkil olunan bayram şənliyində həmçinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 21 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsis edilən “Sahibkarlar Günü”nün bir daha sahibkarlara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğu vurğulanıb.

www.yenicag.az

971
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv