“Veysəloğlu”da “yarpaq dökümü” – Növbəti mətbuat katibi də istefa verdi

“OBA” marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elvin Babayev işindən ayrılıb.

O, Yenicag.az-a verdiyi məlumatda bildirib ki, bu gündən etibarən “Veyseloglu GROUP”la, eləcə də “OBA” marketlər şəbəkəsi ilə yollarını ayırıb.

Qeyd edək ki, bundan öncə “Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, tanınmış jurnalist İlham Məmmədzadə də şirkətdən ayrılıb.