Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Vəzifəli və hüquqi şəxslər buna görə cərimələnəcək

Azərbaycanda əmək qanunvericiliyinin pozulmasına görə hüquqi və vəzifəli şəxslərlə bağlı yeni cərimələr müəyyən edilir.

Yenicag.az-ın məlumatına görə, bununla bağlı məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 2 min manat məbləğində cərimə edilir.

Məcəlləyə edilən digər dəyişikliyə əsasən, işçinin ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi təklif edilir.

Qeyd edək ki, dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunub.

 

 

www.yenicag.az

165
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100