Xalq artisti, ustad xanəndə Arif Babayev Milli Konservatoriyanın Muğam kafedrasının müdiri vəzifəsindən azad olunub.
Yenicag.az-a açıqlama verən xanəndə bunu səhhətindəki problemlərlə əlaqələndirib:
“Əvvəlki gücüm və vaxtım yoxdur. Evdə oluram, arada gəzintiyə çıxıram. Mənsum mənim tələbəmdir, bu vəzifəyə də layiqdir. Gəldi yanıma öpüşüb, qucaqlaşdıq. Özüm xeyir-duasını verdim. O, buna layiqdir. O vaxt Məcnunu verdim, indi də vəzifəni…”
O, professor kimi konservatoriyadakı fəaliyyətini davam etdirəcəyini deyib.
Cəvahir