!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vəzifəsini icra etməyən sülhməramlılar: "Bunun qarşısını almaq üçün Rusiyaya..."

!Reklam – Yazi

“Rusiya 10 noyabr bəyanatının 4 və 9-cu bəndlərinə dərhal əməl etməlidir. Əgər bu bəndlər yerinə yetirilməsə, Laçın dəhlizi və alternativ yollar Azərbaycan ordusu tərəfindən tam tutulmalıdır”.

Bu fikirləri Qarabağ ətrafında cərəyan edən proseslər, gərginliyin yenidən artması və ehtimal olunan toqquşmaları dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, erməni tərəfi danışıqları uzadaraq Azərbaycana seçim yeri qoymur:

“Azərbaycan hər cür formada barışıq əldə etməyə, erməni icması ilə dil tapmağa çalışır. Azərbaycan rəsmi olaraq bəyan edib ki, kim Qarabağda anadan olub, terror fəaliyyəti ilə məşğul olmayıb, onları vətəndaş kimi tanıyacaq.

Gördüyümüz odur ki, bu baş tutmur. Həmçinin tək Qarabağ icması yox, ruslar da buna imkan vermir. Rusiya istəmir ki, Qarabağda əmin-amanlıq olsun. Bu da Azərbaycanın suverenliyinə təhdiddir. Azərbaycan sərt güc tətbiq etmədən problemi çözməyə çalışır. Əgər bu məsələ həll olunmasa, Azərbaycan ordusu antiterror, sülhəməcburetmə əməliyyatı keçirə bilər. Azərbaycan hakimiyyətini Qarabağda bərqərar etmək istəyir. Bu da Azərbaycanın haqqıdır. Əgər bu, danışıqlarla baş tutmasa, ehtimal ki, hərbi yola əl atılacaq. Ruslar da bilməlidirlər ki, Azərbaycan ərazisindədirlər və onlara barışıq təşkil etmək üçün icazə verilib.

Alternativ yollarla Qarabağa silah daşınır. Hətta son zamanlar ruslar onları müşayiət edir. Bunun qarşısını almaq üçün Rusiyaya ciddi xəbərdarlıq edilməlidir. Onlar qarşısına açıq şəkildə 10 noyabr bəyanatının 4 və 9-cu bəndlərinə dərhal əməl etmələri qoyulmalıdır. Əgər bu bəndlər yerinə yetirilməsə Laçın dəhlizi və alternativ yollar Azərbaycan ordusu tərəfindən tam tutulmalıdır. Azərbaycan postlarını qurmalıdır. Azərbaycan heç nədən çəkinməməlidir. Həmin ərazilərin hamısı BMT tərəfindən tanınmış suveren ərazilərimizdir”.

Səxavət Məmməd

www.yenicag.az

584
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv