Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Vəziyyət hökumətin tam nəzarətindədir və tələb olunan addımlar zamanında atılır” – Fəzail Ağamalı

Reklam: Sinerji Pro

“Yaranmış situasiyadan narahat olan insanlarla yanaşı, bu durumdan öz mənfəətləri üçün faydalanmağa çalışan dairələr də var”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında neftin qiymətinin ucuzlaşmasının ölkə ictimaiyyətində doğurduğu reaksiyanı və hökumətin mövcud şəraitdə atdığı addımları dəyərləndirən Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib.

Fəzail Ağamalı hesab edir ki, yaranmış vəziyyətdə ajiotaj yaradan hallara qarşı təsirli tədbirlər görülməlidir:

“Bildiyiniz kimi, prezident İlham Əliyev Milli Məclisin yeni tərkibinin ilk iclasındakı çıxışında bu məsələlər haqqında ətraflı bəhs etdi. Dövlət başçısı Azərbaycanın mövcud iqtisadi potensialını və malik olduğu valyuta ehtiyatlarının həcmini xatırladaraq, ölkəmizin bu mərhələni də uğurla adlayacağını bəyan etdi.

Həqiqətən də, Azərbaycanda qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatının neftdən asılılığını əhəmiyyətli dərəcədə azaldıb. O baxımdan, neftin qiymətində müşahidə olunan dəyişikliklərin Azərbaycan iqtisadiyyatında hansısa təlatüm yaradacağı ehtimalı sıfır səviyyəsindədir. Bu məsələ hökumətin tam nəzarətindədir və tələb olunan addımlar zamanında atılır.

Ancaq təəssüf ki, yaranmış vəziyyətdən narahat olan insanlarla yanaşı, bu durumdan öz mənfəətləri üçün faydalanmağa çalışan dairələr də var. Onların yolverilməz addımları əhalidə narahatlıq və təşviş yaratmağa yönəlib.

Lakin heç bir halda cəmiyyətdə ajiotaj yaranmasına imkan vermək olmaz – buna əsas da yoxdur. İnanıram ki, əhalidə narahatlıq yaradan dairələrə qarşı lazımi tədbirlər görüləcək. Bir daha deyirəm, Azərbaycanın malik olduğu potensial bu kimi vəziyyətlərdən itkisiz, yaxud da minimum itki ilə çıxmaq üçün yetərlidir”.

Aqil Bəkir

Loading...

www.yenicag.az

420
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100