!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Vicdan haqqı" Minayəsiz qalır? - Rejissordan açıqlama

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi dünən əməkdar artist Hicran Nəsirova ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Aktrisanın Yeniçağ.az-a verdiyi məlumata məlumata görə, vəziyyəti ağırdır, həkimlər onu ayağa qaldırmağa çalışırlar. Bildiyimiz kimi, aktrisa Hicran Nəsirova “Vicdan haqqı” serialında əsas qəhrəmanlardan biridir. Onun müalicə və bərpa müddəti uzanarsa, bu, seriala hansı təsir göstərə bilər? O zaman rejissor Rövşən İsax ssenaridə dəyişiklik edəcəkmi? Məsələ ilə bağlı rejissorla əlaqə saxladıq. Məlum oldu ki, Rövşən İsax Hicran xanımın vəziyyətindən xəbərsiz:

“Siz nə danışırsız? Mənim heç nədən xəbərim yoxdur. İki gündür Gəncədə toydayam, indi də Bakıya qayıdıram. Allah Hicran xanıma şəfa versin. Bu dəqiqə zəng edib, onunla danışaram. O ki qaldı, ssenaridə dəyişiklik məsələsinə, heç bir əvəzetmə ola bilməz. Hələ ki, əlimizdə Hicran xanımın çəkildiyi üç-dörd hissə var. İnşallah, tam sağalar, onu sevən tamaşaçılarının görüşünə daha yaxşı əhval-ruhiyyədə gələr. “Minayə” xanım “Vicdan haqqı”nın bir dənəsidir. O, əvvəldən axıra qədər bizim serialda olacaq”.

Yeniçağ.az

www.yenicag.az

2761
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv