“Vicdan haqqı”nın sevgili cütlüyü: “Gizli şəkillərimizi çəkib…” – FOTOLAR

ATV-də yayımlanan “Vicdan haqqı” serialının “Nərgiz”i Ülviyyə Xəlilbəyli və “Fariz”i Murad İsmayıl qala gecəsinə bu dəfə də birgə qatılıblar.

Yenicag.az xəbər verir ki, sevgili olduqları deyilən cütlük yenə də diqqət mərkəzində olmağı bacarıblar. Adətən fotokameralardan gizlənən sevgililər şəkil çəkdirməyə etiraz etməyiblər.

Saytımıza açıqlama verən Murad şəxsi həyatı ilə gündəmə gəlmək istəmədiyini bildirib: “Şəxsi həyatımla gündəmə gəlmək istəmirəm. Çox vaxt gizli şəkillərimizi çəkib yayırlar, bu düzgün deyil. Gəlib icazə alıb, çəksəniz, gördüyünüz kimi, etiraz etmərik”.

“Sevgili olduğunuz doğrudur?” sualımıza isə cütlük bir-birlərinə baxaraq susmaqla cavab veriblər.

Cəvahir

Foto: Cəmalə