Untitled-36401Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəhbəri Rəfael Mehrəliyev məhkəmədə dindirilə bilər.

Bu barədə politika.az-a verilən məlumata görə, onun MTN işi ilə əlaqədar tutulan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun məhkəməsində ifadəsi alınacağı gözlənilir.

Aparat rəhbərinin həbsindən dərhal sonra mətbuat səhifələrində bu şəxsin bacısı oğlu Rəfael Mehrəliyevin də bilavasitə iştirak etdiyi bir çox iri miqyaslı maxinasiyalar barədə açıqlamalar yer almağa başladı. Vidadi Zeynalovun vəzifədə olduğu vaxtlarda da dayı-bacıoğlu haqda mətbuatda geniş məlumtlar dərc olunurdu. Dayı-bacıoğlu “rüşvət donoru” adlandırılan bu şəxslərdən birinin Hacıbala Abutalıbova, digərinin isə Əli Abbasova rüşvət daşıdığı deyilirdi.

Həmin dövrdə Mehrəliyev bir sıra mətbuat orqanlarından barəsindəki yazıları ört-basdır etməyə çalışıb. Amma ittihamlar səngiməyib və Abutalıbovun kadrı inkarolunmaz faktlar qarşısında aciz qalıb. V.Zeynalovun BŞİH-ə yerləşdirdiyi qohumu illərlə ona xidmət göstərib və lazımi təlimatları icra edib. Nəticədə MTN çetesinin tələsinə düşən dayı-bacıoğlu tandemi məsuliyyətdən yayına bilməyib.

Nazirliyin sabiq aparat rəhbəri istintaqda ifadəsində və yeni başlayan məhkəməsində qohumu əleyhinə danışmayıb. Onu qorumağa çalışan Zeynalov həbsdən xilas edib. Ancaq məhkəmədə ifadə verəcəyi deyilir. Mətbuatda dərc olunan iddialara görə, Vidadi Zeynalov 1995-1999-cu illər ərzində Bakı şəhər Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışdığı dövrdə Bakı şəhərinin mənzil kommunal təsərrüfat sisteminə də edib. Daha dəqiq desək bu sahəyə ayrılan büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti məhz o, həyata keçirib.

Elə həmin vaxt Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin maliyyə şöbəsinə öz qohumu Rəfail Mehralıyevi təyin etdirib. Mətbuatda yazılanlara görə, 1999-cu ildə Vidadi Zeynalovun Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə işdən qovulmasının əsas səbələrindən biri də, məhz elə paytaxtın mənzil kommunal təsərrüfatı sahəsinə ayrılan büdcə vəsaitlərinin istifadə olunmasında yol verdiyi ciddi pozuntuları olub. Amma dayısının işdən qovulması Rəfael Mehrəliyevin statusuna təsir göstərməyib. Sadəcə olaraq, onun tərəfindən bəzi əməliyyatlar müvəqqəti olaraq dondurulub. Lakin bu hal da uzun davam etməyib. Belə ki, Vidadi Zeynalov Əli Abbasov tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni vəzifəyə gətiriləndən sonra o, Rəfael Mehrəliyevin də mövqelərini möhkəmlətməyə nail ola bilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."