Vidal “Barselona”da – Rəsmi

Son İspaniya çempionu “Barselona” növbəti transferini rəsmiləşdirmək üzrədir.

Yenicag.az xəbər verir ki, Kataloniya təmsilçisi Arturo Vidalla anlaşıb.

Klubun yaydığı rəsmi məlumata görə, tərəflər arasında 3 illik sözləşmə imzalanacaq.

Müqavilənin digər detalları ilə bağlı əlavə məlumat verilməyib.

Qeyd edək ki, çilili futbolçu “Bavariya”dan öncə “Yuventus”da çıxış etmişdi.