"Son günlər bəzi banklar və valyuta dəyişmə məntəqələri buraxılış ili köhnə olan dollar əskinaslarını ya qəbul etmirlər, ya da aşağı məzənnə ilə götürürlər. Səbəb kimi yeni əskinasların dövriyyədə olması göstərilir. Hətta bankların əksər bankomatlarında da “cash in” vasitəsi ilə həmin əskinasları plastik kartlara mədaxil etmək mümkün olmur".