Artıq Bakıda xarici məşhur brendlərə məxsus geyimləri tapmaq müşkülə çevrilib. Bir çox alıcılar baha aldıqları geyimlərin əslində keyfiyyətsiz olduğundan şikayətlənirlər. İddialar bu istiqamətdədir ki, yüksək qiymətə brend marka adı ilə alınan geyimlər əslində Azərbaycanda istehsal olunur. Əgər bu, doğurdan da, belədirsə, istehlakçıların hüquqları kobud şəkildə pozulmuş olur.