Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya Ədalət!” Beynəlxalq Maarifləndirmə Kampaniyası çərçivəsində fevralın 26-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Gənclər Fondunun dəstəyi, “İRƏLİ” İctimai Birliyinin, Azərbaycan Milli Konservatoriyasının və “Cadenza” Orkestrinin birgə təşkilatçılığı ilə “Xocalıya Ədalət” adlı tədbir keçirilib.