Ən sərfəli mobil operator olması ilə yanaşı, sosial layihələrə də xüsusi diqqəti ilə seçilən “Nar” böyük maraqla davam edən Kudos intellektual-əyləncəli quiz oyunlarının 4-cü mövsümünün finalçılarının mükafatlandırılmasına dəstək olub. 300-ə yaxın komandanın iştirak etdiyi yarışmanın bu mövsümündə “Nar” qalib olan komandaları təbrik edərək onlara xüsusi hədiyyələr təqdim edib.