Hazırda Milli Məclisin növbədənkənar sessiyası davam edir. Sessiyanın gündəliyində çoxlu layihələr var. Bu gün də bizim komitənin iclasında iki vacib məsələ müzakirə olunacaq. Şəhid adının əbədiləşdirilməsi haqqında qanuna dəyişiklik nəzərdə tutulur. Bu, vacib dəyişiklikdir. Çoxdandır bir qrup vətəndaş bu problemlə üzləşirdi. Bununla bağlı bizə də müraciətlər edilirdi.