!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“VII Qlobal Forum Azərbaycanı dünyaya bir daha sülh dövləti kimi təqdim etdi”

!Reklam – Yazi

iuyyiyiyiBakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu öz işini başa vurdu. Ayın 27-də başa çatan foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonağın qatılmışdılar.

Forumun ölkəmizin dünyadakı imicinə müsbət təsir edəcəyini deyən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov saytımıza açıqlamasında Azərbacanın Forum vasitəsi ilə dünyaya növbəti dəfə sülh mesajı verdiyini dedi: “Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının növbəti Forumu beynəlxalq aləmə güclü müsbət mesaj verməsi baxımından əhəmiyyətlidir. Azərbaycan müxtəlif beynəlxalq miqyaslı mötəbər tədbirlərə ev sahibliyi edib. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da bu səpkidən olan tədbirlərdəndir. Mürəkkəb beynəlxalq vəziyyət və münasibətlərlə bağlı məsələləri müzakirə etmək baxımından Forumun əhəmiyyətli rolu var. Forumun Bakıda keçirilməsi ölkəmizin sivilizasiyalararası dialoq çərçivəsində fəaliyyətinə verilən qiymətin nəticəsidir. Azərbaycanda bu istiqamətdə görülən işlər, keçirilən tədbirlər xalqların yaxınlaşması və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işinə xidmət edir. ”
Bu tədbir beynəlxalq əməkdaşlıq işinə də öz töhfəsini verir. Nəzərə almaq lazımdır ki, 140-dan artıq ölkənin nümayəndəsi Sivilizasiyalar Alyansı ilə bağlı mühüm məsələlərin müzakirəsi üçün Bakıda toplaşıb. Cənab Prezident də Forumdakı çıxışında bunu xüsusi vurğuladı. Dövlətimizin başçısı həmçinin bu tədbir vasitəsilə bir daha dünya ölkələrinə öz mesajlarını çatdırdı. Dünya birliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmamasına bir daha şahid oldular. VII Qlobal Forum Azərbaycanı dünyaya bir daha sülh dövləti kimi təqdim etdi”

www.yenicag.az

571
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv