!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vikipedia”da azərbaycanlı qəhrəmanlarla bağlı yeni məqalələr yerləşdirildi

!Reklam – Yazi

“Vikipedia”da azərbaycanlı qəhrəmanlar və tarixi mövzularda yeni məqalələr yerləşdirilib.

Azərbaycan Milli Elmlər Akademiyasından Yenicag.az-a verilən məlumata görə, Mərkəzi Elmi Kitabxananın (MEK) etibarlı informasiya istehsalçısına çevrilməsi, Azərbaycan haqqında obyektiv, operativ, xalqımızın milli-mənəvi dəyərləri, tarixi həqiqətləri, tanınmış şəxsləri haqqında dəyərli və dolğun informasiyanın yaradılması, saxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda bu məlumatların “Vikipedia” ensiklopediyasına daxil edilməsi, etibarlı istinad yeri olan informasiya kontentlərinin yaradılması, qlobal informasiya resurslarında Azərbaycan ilə əlaqədar məlumatların inkişaf etdirilməsi, milli maraqlarının qorunması MEK-in Sərbəst Elektron Resursları (SER) şöbəsinin əsas məqsədlərindən biridir.

Şöbənin müdiri Reyhan Əhmədovanın verdiyi məlumata əsasən, müxtəlif mövzularda işçilər tərəfindən ay ərzində 200-dən artıq məqalə hazırlanaraq, virtual ensiklopediyaya yerləşdirilir.

www.yenicag.az

481
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv