“Vikipediya”da Şuşanın erməniləşdirilmiş adı silindi

“Vikipediya” resursunun rusdilli bölməsində Şuşa şəhərinin erməni adı yığışdırılıb və yalnız Azərbaycan dilində olan versiyası saxlanılıb.

Yenicag.az-ın məlumatına görə, “Vikipediya”da dəyişikliklər Azərbaycan ordusunun Ermənistan üzərində qələbəsindən sonra baş verib.

Bundan başqa, Azərbaycanın iri şəhərləri sırasında Gəncə, Naxçıvan, Mingəçevirlə yanaşı Xankəndi şəhəri də yer alıb.