Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“Vikipediya”ya inanıb futbolçu aldılar - Kuryoz transfer

Reklam: High Technic

Litva futbolunda kuryoz hadisə yasanıb.

Yenicag.az xəbər verir ki, bu ölkənin “Paravejis” klubunun yenicə transfer etdiyi hücumçu Barkli Migel Panzonun göstəricilərinin səhv olduğu üzə çıxıb.

Belə ki, klub rəsmiləri onun haqqında “Vikipediya”da qeyd olunan məlumatlara inanıblar. Orada bu futbolçunun vaxtilə İngiltərənin “Kuinz Park Reyncers” klubunda çıxış etdiyi, bu komandanın heyətində 36 oyun keçirib, 24 qol vurduğu qeyd olunub. Hətta sözügedən forvardın Anqola yığma komandasında 3 oyuna çıxdığı da diqqətə çatdırılıb. Litvalılar da məhz bu məlumatlara aldanaraq, Panzonu komandaya dəvət ediblər, onunla müqavilə bağlayıblar.

Lakin sonradan məlum olub ki, həmin məlumatlar dəqiq deyil. Əslində bu futbolçu heç KPR-də oynamayıb, Anqola yığmasının da üzvü deyil. Panzo rəsmi olaraq İngiltərənin gücünə görə səkkizinci liqasında çıxış edən “Uolton”da forma geyinir.

Qeyd edək ki, “Paravejis” Litva çempionatının birinci divizionunda turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

www.yenicag.az

2589
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM