Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yeni təyinat olub.
Yenicag.az Unikal.org-a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı Dostuyev Müşfiq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təhqiqat şöbəsinin rəisi vəzifəsinə təyin olunub.