Vilayət Eyvazov “Bandotdel”ə yeni rəis təyin etdi

Daxili İşlər naziri Vilayət Eyvazov “Bandotdel”ə yeni rəis təyin edib.

Yenicag.az-ın verdiyi xəbərə görə, nazirin əmri ilə Nəsimi Rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev vəzifəsindən azad edilərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi təyin edilib.

“Bandotdel”in bundan öncəki rəisi Seyfulla Əzimov nazirin birinci müavini təyin edilib./Qafqazinfo/