Vilayət Eyvazov bölmə rəisini yeni vəzifəyə təyin etdi

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Yenicag.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovnik-leytenantı Rauf ismayılov Saatlı rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, o, bu təyinatadək Sabirabad RPŞ-nin Qaragüney polis bölməsinin rəisi vəzifəsində çalışıb.