Vilayət Eyvazov bu rayonun rəisini işdən çıxardı

Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) rəisi vəzifədən azad edilib.

Yenicag.az xəbər verir ki, daxili işlər naziri, general polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə RPŞ-nin rəisi, polis polkovniki Nadir Məmmədov vəzifədən azad edilib. O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Məlumatı DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya təsdiq ediblər.