Vilayət Eyvazov əmr imzaladı: TƏYİNAT

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Yenicag.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Əhməd Nəcəfov Siyəzən rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin olunub.