Vilayət Eyvazov əmr imzaladı – TƏYİNAT

Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinə yeni rəis təyin olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Vüqar Qabil oğlu Qarayev Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, V.Qarayev bundan əvvəl Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili olub./Report/

COP29