Daxili İşlər Nazirliyində kadr dəyişikliyi edilib.
Yenicag.az xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis general-mayoru Teymur Hacıyev Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.
O, bundan əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
DİN-in Mətbuat Xidmətindən məlumatı Oxu.Az-a təsdiqləyiblər.