Daxili İşlər Nazirliyində kadr dəyişikliyi edilib.
Yenicag.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis general-mayoru Elşən Kazımov təqaüdə göndərilib.
Hazırda onun vəzifəsi müavini, polis polkovniki Arzu Məmmədova həvalə edilib.