Vilayət Eyvazov mayora yeni vəzifə verdi

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Yenicag.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Ruslan Cavadov Balakən rayon Polis Şöbəsinin (RPŞ) istintaq bölməsinin rəisi vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, o, Quba RPŞ-nin istintaq bölməsinin rəisi vəzifəsinə təyinat alıb./Unikal.org/