Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Yenicag.az “Report”a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Elçin Xasıyev Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Mərkəzi Məlumat Xidmətinin (MMX) rəisi edilib
Qeyd edək ki, bu vəzifənin əvvəlki sahibi polis polkovniki Vahid Nuriyev idi. O, ötən ay xidmətdə olmanın son yaş həddi ilə əlaqədar 55 yaşında təqaüdə göndərilib.