Vilayət Eyvazov polis rəisinə yeni müavin TƏYİN ETDİ

Biləsuvar Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis müavini təyin edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Nicat Orucov Biləsuvar RPŞ-nə xidmət üzrə rəis müavini təyin olunub.

O, bundan əvvəl Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru vəzifəsində işləyib.