Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi

Daxili işlər orqanlarında yeni təyinat olub.

Yenicag.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, daxili işlər naziri Vilayət Eyvazovun imzaladığı əmrlə Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Pərviz Məmmədov vəzifədən azad olunub.

Digər əmrlə Pərviz Məmmədov Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi təyin edilib.