Vilayət Eyvazov polkovnik-leytenantı yeni vəzifəyə təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub.

Yenicag.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən polis polkovnik-leytenantı Mirbağır Bağırov Xəzər rayon Polis İdarəsinin (RPİ) 2-ci polis şöbəsinin rəisi vəzifəsinə təyin olunub.