Vilayət Eyvazov polkovniki işdən çıxardı

Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

Yenicag.az Unikal.org-a istinadla xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının xidmət üzrə komandir müavini, polis polkovniki Xosrov Nəcəfov vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib. Hələlik həmin vəzifəyə təyinat yoxdur.